Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu

Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu
10.01.2026 09:30 İdman

“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turunun yarışı keçirilib.

TodayPress TV xəbər verir ki, bu dəfə iştirakçılar dağ xizəyinin slalom növü üzrə yüksək nəticələr uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışların yekununda İsveçrə təmsilçisi Nikita Anner turnirin qızıl medalını qazanıb. Qazaxıstan idmançısı Dalel Talkunova gümüş, Gürcüstan təmsilçisi Nino Thklauri isə bürünc medal əldə edib.

Qeyd edək ki, “Azerbaijan Open” turniri bu gün slalom və qiqant slalom növləri üzrə yarışlarla davam edəcək.

Xatırladaq ki, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan olan müxtəlif yaş kateqoriyaları üzrə 20 qadın dağ xizəkçisi iştirak edir. “Azerbaijan Open” beynəlxalq turnirində ölkəmizi Anastasiya Papatoma təmsil edir.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu — 1
Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu — 2
Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu — 3
Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu — 4
Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu — 5
Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu — 6
Şahdağda gərgin mübarizə: Slalom yarışının qalibi bəlli oldu — 7
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər