“Sabah”dan güc nümayişi: “İmişli” qapısından 5 qol keçdi
İdman
14.03.2026 17:01
“İmişli” klubu Azərbaycan Premyer Liqasının XXIV turunda “Sabah”ı qəbul edib.
TodayPress TV xəbər verir ki, çempionatın lideri ilə qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutub.
Rauf Cabarovun idarə etdiyi matçın 10-cu dəqiqəsində Stiv Solvet “Sabah”ı hesabda irəli çıxarıb – 0:1.
15-ci dəqiqədə Coy Lens Mikels penalti zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi iki topa yüksəldib. Bir daha 35-ci dəqiqədə rəqib qapısını dəqiq nişan alan Coy Lens Mikels “İmişli”nin darmadağınının əsasını qoyub - 0:3.
Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. 49-cu dəqiqədə Kahim Parris “Sabah” klubunun üstünlüyünü dörd topa yüksəldib - 0:4.
73-cü dəqiqədə isə “Sabah”ın futbolçusu Aleksey İsayev penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını növbəti dəfə hesabda irəli çıxarıb - 0:5.
Qeyd edək ki, 59 xala malik “Sabah” liderdir. “İmişli” isə 22 xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb.
Tura martın 15-də yekun vurulacaq.
Namiq HUN
tag: İmişli,Sabah,Premyer Liqa,Futbol,Todaypress.tv,
