Rusiyalı basketbolçu həbsdən azad edildi

İdman

08.01.2026 16:57

Rusiyalı basketbolçu Daniil Kasatkin Fransadakı həbsxanadan azad edilərək Moskvaya göndərilib. 

TodayPress TV xəbər verir ki, bu barədə onun vəkili Frederik Belo “RIA Novosti” agentliyinə məlumat verib.

Kasatkin 2025-ci il iyunun 21-də Parisin Şarl-de-Qoll hava limanında ABŞ-nın sorğusu əsasında saxlanılmışdı. ABŞ tərəfi onu haker qruplaşmasının fəaliyyətində iştirakda ittiham edirdi. Həmin vaxtdan etibarən basketbolçu həbsdə saxlanılırdı. Oktyabr ayında Paris məhkəməsi Amerika hakimiyyətinin ekstradisiya tələbinı təmin etmişdi. Bu isə idmançı üçün 25 ilə qədər həbs cəzası təhlükəsi yaradırdı.

“Vəkillərin yorulmaz işi sayəsində Daniil Kasatkin bu gecə həbsxanadan buraxıldı, azadlığa çıxdı, təyyarəyə mindirildi və artıq Moskvaya enib”, - deyə Frederik Belo bildirib.

Vəkilin sözlərinə görə, Fransa hökumətinin rəhbər şəxsi Sebastyen Lekornyu məhkəmə qərarına baxmayaraq, Kasatkinin ABŞ-a ekstradisiyası ilə bağlı sənədi imzalamayıb. Kasatkin proses boyu özünü təqsirli bilmədiyini bəyan edib.

Namiq HUN

TodayPress TV

tag: Daniil Kasatkin,Basketbol,Həbs,Qərar,Todaypress.tv,