“Qəbələ”nin futbolçusu dünya çempionatında fərqləndi
Çilidə 20 yaşadək futbolçular arasında Dünya çempionatı keçirilir.
TodayPress TV “Qəbələ” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi növbəti oyununu keçirib.
“Super Qartallar” Səudiyyə Ərəbistanı yığması üzərində 3:2 hesabı ilə qələbə qazanıb. “Qəbələ”nin futbolçusu oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumpiya yığmasına qarşı keçirəcək.
Namiq HUN