“Qazax – hərəkətə qoşul!”: “İdman Paytaxtı”nın loqosu təqdim olundu

İdman

09.01.2026 17:41

Azərbaycanın “İdman Paytaxtı” layihəsinin loqosu ictimaiyyətə təqdim edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

“İdman Paytaxtı”nın loqosunda Qazax rayonunun rəmzlərindən olan Göyəzən dağı və Dilbaz atı təsvir edilib. Layihənin şüarı isə Qazaxın idman ruhunu və dinamizmini əks etdirir:

“Qazax – hərəkətə qoşul!”

Layihə çərçivəsində hazırlanan maskotda gənc idmançı Qazax aşıq sənətinin rəmzi olan sazla təsvir olunub.

Qeyd edək ki, Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib. Bununla bağlı qərar 2024-cü il dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında keçirilən səsvermənin nəticələrinə əsasən qəbul olunub.

Xatırladaq ki, “İdman Paytaxtı” statusunu 2024-cü ildə Quba, 2025-ci ildə isə Qəbələ daşıyıb.

Namiq HUN

TodayPress TV

tag: Qazax,İdman Paytaxtı,Qazax – hərəkətə qoşul!,Qərar,Todaypress.tv,