“Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan!

“Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan!
20.08.2026 10:55 İdman

“Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

TodayPress TV xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq. 

Pley-off mərhələsinin ilk matçı Ensxededəki “De Qrols Veste” stadionunda baş tutacaq. 

Albaniyalı Yucin Caya qarşılaşmanın baş hakimi olacaq.

“Tvente” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. 

Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda keçiriləcək. 

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər