“Qarabağ” dünya reytinqində gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların iyun ayı üçün dünya reytinqini açıqlayıb.
TodayPress TV xəbər verir ki, siyahıda Azərbaycanın 4 klubu yer alıb.
“Qarabağ” 144,75 xalla dünyada 119-cudur. Çempionumuz ötən ayla müqayisədə 5 pillə geriləyib.
95,75 xalla 232-ci mövqedə qərarlaşan “Zirə” 1 rəqibini qabaqlayıb.
Sıralamada 50 pilləlik sıçrayış edən “Sabah” 76 xalla 317-cidir.
“Araz-Naxçıvan” isə 61,25 xalla siyahının 446-cı komandasıdır.
Cədvələ 470 xalla “Real Madrid” klubu başçılıq edir.
Namiq HUN