Qadın basketbolçularımız Banqkokda FIBA turnirinə start verir
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır.
TodayPress TV xəbər verir ki, Taylandın paytaxtı Banqkokda keçirilən turnirin B qrupunda yer alan yığma ilk olaraq Kanada və meydan sahibləri ilə münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan millisi martın 14-də İspaniya yığma komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Namiq HUN