Pyer Qasli “Formula-1”dən sonra moda dünyasına atılacaq
İdman
12.01.2026 14:48
“Alpin” komandasının pilotu Pyer Qasli “Formula-1” karyerasını bitirdikdən sonra moda dünyasına atılmağı planlaşdırır.
TodayPress TV Motorsport nəşrinə istinadən xəbər verir ki, Milan şəhərinin atmosferindən ilham aldığını qeyd edən Qasli insanın geyimə diqqət yetirməsinin vacibliyini vurğulayıb.
“Bir gün mütləq bu dünyaya daxil olacağam. Mən sadəcə burada yaradıcı işləri sevirəm və buna görə də sonda başqa sahələri kəşf etmək istəyirəm. İlk dəfə Milana gəldiyimdə hər bir kişiyə, hər bir qadına baxırdım və düşünürdüm: “Bu insanlar nə qədər gözəldirlər!” Hər kəs çox zərif görünürdü. 15 yaşından 75 yaşına qədər - şəhərdə gəzişən ən şıq nənələri belə görürdüm”, - deyə Qasli bildirib.
Qeyd edək ki, fransalı pilot əlavə edib ki, Milanda insanın uyğun geyimdə olma ehtiyacı hiss olunur. O, daha əvvəl 7 qat dünya çempionu Lyuis Hemiltonun təsirini vurğulayıb. Qasli hesab edir ki, Hemilton bir çox sürücüyə trasdan kənarda özünü ifadə etmək imkanı açıb.
Namiq HUN
tag: Pyer Qasli,Formula 1,Alpin,Karyera,Todaypress.tv,
