Premyer Liqada fevralın ən parlaq futbolçusu Semenyo oldu
İdman
13.03.2026 16:28
“Mançester Siti”nin yarımmüdafiəçisi Antuan Semenyo İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Semenyo fevral ayında Premyer Liqada beş oyun keçirib. O, bu qarşılaşmalarda üç qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
26 yaşlı futbolçu cari mövsümdə ümumilikdə 28 oyuna çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. O, daha əvvəl “Bornmut” klubunun formasını geyinib.
Ayın ən yaxşı futbolçusu adına Semenyodan başqa Viktor Dökereş (“Arsenal”), Danqo Uattara (“Brentford”), Benyamin Şeşko (“Mançester Yunayted”), Vircil van Deyk (“Liverpul”) və Niko O’Rayli (“Mançester Siti”) də namizəd göstərilmişdi.
Namiq HUN
tag: Mançester Siti,Antuan Semenyo,Premyer Liqa,Klub,Todaypress.tv,
