Olimpiadada həyəcanlı anlar: Litvintsev buz üzərinə çıxır
İdman
09.02.2026 14:25
İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycanı bu mötəbər yarışda təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev fevralın 10-da ilk çıxışına start verəcək. Şef-de-mission Anar Bağırovun sözlərinə görə, idmançımızın qısa proqram üzrə çıxışı Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.
Yarış öncəsi hazırlıqdan danışan Anar Bağırov bildirib ki, Litvintsev intensiv məşq prosesindən keçir və tam gücü ilə mübarizəyə hazırdır. O qeyd edib ki, idmançı hər gün səhər və axşam olmaqla buz üzərində məşqlər edir, fiziki və psixoloji vəziyyəti qənaətbəxşdir. İtaliyadakı Olimpiya kəndində komanda üçün bütün lazımi şərait yaradılıb.
Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda çıxış edəcək. Azərbaycanın digər təmsilçisi, dağ xizəkçisi Anastasiya Papatoma isə fevralın 18-də Kortina Ampetso turnirində qüvvəsini sınayacaq.
Namiq HUN
tag: Vladimir Litvintsev,Şef-de-mission,Anar Bağırov,Yarış,Todaypress.tv,
