Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi
07.06.2025 07:56 İdman

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

TodayPress TV xəbər verir ki, 3 qrupda III turun 6 qarşılaşması təşkil olunub.

Günün oyunu Norveçdə baş tutub. Yerli komanda İtaliyanı qəbul edib. Qonaqlar seçmə mərhələnin debüt matçında ağır məğlubiyyətə uğrayıblar. Vikinqlər ilk hissədə 3 cavabsız qol vurublar və bu, nəticəni sonadək qoruyublar.

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, "Neftçi"dən Edviç Kuçun yer aldığı Monteneqro millisi isə Çexiyanın qonağı olub. Görüş çexlərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər