Niderland millisindəki qol rekordu təkrarlandı

Niderland millisindəki qol rekordu təkrarlandı
11.06.2025 11:31 İdman

Dünya çempionatının seçmə mərhələsində Malta yığması ilə keçirilən matç (8:0) Niderland millisinin futbolçusu Memfis Depay üçün əlamətdar olub.

TodayPress TV xəbər verir ki, hücumçu vurulan səkkiz qoldan ikisinin müəllifi olub.

Nəticədə Depay milli komandada qol sayını 50-yə çatdıraraq Niderland yığmasında bütün zamanların bombardiri olan Robin van Persinin rekordunu təkrarlayıb.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər