“Neftçi” Ozobiçlə vidalaşdı
“Neftçi” futbol klubu yarımmüdafiəçi Filip Ozobiçlə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı futbolçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də top qovan Ozobiç ötən müddət ərzində 70 rəsmi oyunda 16 qol vurub.
Namiq HUN