"Neftçi" "Karvan-Yevlax"la heç-heçə oldu

"Neftçi" "Karvan-Yevlax"la heç-heçə oldu
27.09.2025 21:50 İdman

Premyer Liqanın VI turunda "Neftçi" "Karvan-Yevlax"la qarşılaşıb.

TodayPress TV xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş qolsuz heç-heçə ilə nəticələnib.

Xallarının sayını 7-yə yüksəldən "Neftçi" 8-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" isə 5 xalla 10-cu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə, "Şamaxı" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. "Qarabağ" isə "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər