Millimiz yoldaşlıq oyununda Latviya yığması ilə heç-heçə etdi

Millimiz yoldaşlıq oyununda Latviya yığması ilə heç-heçə etdi
07.06.2025 20:15 İdman

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

TodayPress TV xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər