Millimiz Avropa kubokunun final mərhələsinə vəsiqə qazandı

Millimiz Avropa kubokunun final mərhələsinə vəsiqə qazandı
09.06.2025 10:10 İdman

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Kosovoda keçirilən Avropa kuboku təsnifat mərhələsinin qalibi olub.

TodayPress TV xəbər verir ki, millimiz Priştina turnirində daha əvvəl Kosovo üzərində (22:10) qələbə qazanıb, yarımfinalda Maltanı (21:11), finalda isə Kipri (21:18) məğlub edib.

Milli üzvü Brianna Freyzer turnirin ən dəyərli qadın basketbolçusu (MVP) mükafatına layiq görülüb. 

Priştina uğuru komandamıza sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Avropa kubokunun final mərhələsində iştirak etmək hüququ qazandırıb.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər