Messi ayın oyunçusu seçildi
“İnter Mayami” klubunun hücumçusu Lionel Messi MLS-də ayın oyunçusu seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
37 yaşlı futbolçu may ayında müntəzəm çempionatda keçirdiyi 7 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Leo daha əvvəl 2024-cü ilin aprel və oktyabr aylarında ayın oyunçusu mükafatını layiq görülüb.
Namiq HUN