Məhəmməd Salah: Qələbənin sirri komanda ruhudur
İdman
12.01.2026 14:26
“Liverpul” klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun 1/4 finalında Kot-d’İvuar üzərində qazanılan qələbədən (3:2) sonra oyunu dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə Transfer Sector X sosial şəbəkəsində məlumat yayıb.
“Mübarizə aparırıq və əlimizdən gələni edirik, çünki ölkəmizi sevirik və sona qədər özümüzü fəda edirik. Bunu gələcəkdə də davam etdirəcəyik. Seneqal ilə yarımfinal oyununda da yüz faiz gücümüzlə çıxış edəcəyik. Misirlilərin futboldakı nailiyyətlərimlə qürur duyması mənim üçün çox vacibdir.
Qələbənin sirri nədir? Biz çox güclü rəqibə qarşı oynadıq və komandamızdakı hər bir futbolçu bütün gücünü ortaya qoydu. Sirr də elə bundadır”, - deyə Salah bildirib.
Qeyd edək ki, Salah Afrika Millətlər Kubokunun 1/4 finalında Kot-d’İvuar yığması ilə qarşılaşmada qələbə qolunun müəllifi olub.
Namiq HUN
tag: Məhəmməd Salah,Liverpul,Klub,Futbol,Todaypress.tv,
