MDB Oyunları: Stend atıcılarının qazancı 9 medal oldu
Azərbaycanın stend atıcıları III MDB Oyunlarının sonuncu günündə daha iki medal qazanıblar.
TodayPress TV xəbər verir ki, qızların turnirində Nərmin Bədəlli, oğlanlar arasında isə Mürtəza Novruzlu multi-idman oyunlarının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Mürtəza Novruzlu - Nərmin Cəfərova ilə duetdə səngər stendi üzrə qarışıq komanda yarışında üçüncü olub.
Stend atıcılığı üzrə Azərbaycan millisi III MDB Oyunlarını 5-i gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 9 medalla başa vurub.
Namiq HUN