MDB Oyunları: Millimiz Tacikistana qalib gəldi
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası III MDB Oyunlarında ilk oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
A qrupunda yer alan U-16 komandası Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Nihat Hüseynzadə (29-cu dəq.) fərqlənib.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
Namiq HUN