MDB Oyunları: Güləşçilərimiz ilk yarış günündə 7 medal qazandı

MDB Oyunları: Güləşçilərimiz ilk yarış günündə 7 medal qazandı
04.10.2025 09:15 İdman

III MDB Oyunlarının Gəncə Olimpiya İdman Kompleksində keçirilən güləş yarışının ilk günündə 44 idmançı qələbə uğrunda mübarizə aparıb.

TodayPress TV xəbər verir ki, 7 güləşçimiz fəxri kürsüyə qalxıb.

Güləşçilərimiz 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Sərbəst güləşdə Nihad Abasov (71 kq) çempion olub. Hacıhüseyn Əhmədzadə (51 kq) və Rəşid Nazarov (60 kq) ikinci, Hüseyn Rzazadə (45 kq) ilə Amin Nəsibov (92 kq) isə üçüncü yeri tutub.

Qadın güləşində isə Nəzrin Əhmədli (46 kq) və Xədicəxanım Talıbova (53 kq) Oyunların bürünc medallarına sahib çıxıblar. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər