MDB Oyunları: Daha bir qızıl medal batut gimnastlarından gəldi

MDB Oyunları: Daha bir qızıl medal batut gimnastlarından gəldi
03.10.2025 13:44 İdman

Azərbaycan gimnastı Maqsud Mahsudov III MDB Oyunlarında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, o, oğlanların fərdi yarışında Belarus və Qazaxıstandan olan rəqiblərini üstələyərək multi-idman oyunlarının baş mükafatına sahib çıxıb.

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova isə III MDB Oyunlarında bürünc medal qazanıb. O, qadınların fərdi yarışında Belarus və Rusiya gimnastlarından geri qalaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər