MDB Oyunları: Azərbaycanlı stolüstü tennisçi finala yüksəldi
III MDB Oyunlarının Qəbələdə keçirilən stolüstü tennis yarışlarında fərdi görüşlərə start verilib.
TodayPress TV xəbər verir ki, qızların fərdi yarışında Mərziyə Nurmətova özbəkistanlı rəqibini 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Yağmur Məmmədli isə yarımfinalda rusiyalı rəqibinə 1:3 hesabı ilə uduzub.
Namiq HUN