MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi finala yüksəldi
III MDB Oyunlarında stolüstü tennis üzrə kişilər arasında fərdi yarışlar keçirilib.
TodayPress TV xəbər verir ki, yarışda Azərbaycan təmsilçilərindən Onur Quluzadə və Adil Əhmədzadə multi-idman oyunlarının finalına yüksəliblər.
Onlar yarımfinalda Qazaxıstan və Belarus idmançıları ilə qarşılaşıblar. Rəqiblərinə qalib gələn stolüstü tennisçilərimiz həlledici mərhələyə vəsiqə qazanıblar.
Qeyd edək ki, fərdi yarışlarda final oyunları sentyabrın 28-də keçiriləcək.
Namiq HUN