MDB Oyunları: Azərbaycanın beş karateçisi finala yüksəldi
Azərbaycan karateçiləri III MDB Oyunlarında finala vəsiqə qazanıblar.
TodayPress TV xəbər verir ki, Fərid Savadov (60 kq), Nəzrin Piriyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (kata) Oyunların baş mükafatı uğrunda yarışacaqlar.
Milli komandanın üzvlərindən İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) isə yarımfinalda məğlub olduqları üçün bürünc mükafatla kifayətləniblər.
Qeyd edək ki, Mingəçevirdə start götürən karate yarışları oktyabrın 4-də başa çatacaq.
Namiq HUN