MDB Oyunları: Azərbaycan daha bir qızıl medal qazandı
Azərbaycan üzgüçüləri III MDB Oyunlarının növbəti yarış günü 1 qızıl və 1 bürünc medal qazanıblar.
TodayPress TV xəbər verir ki, üzgüçü Süleyman İsmayılzadə finişə birinci çatıb.
O, 400 metr məsafəyə sərbəst üsulla üzməkdə rusiyalı rəqiblərini qabaqlayaraq multi-idman oyunlarının qızıl medalına sahib çıxıb.
Təmsilçimiz Anastassiya Gnussina isə 1500 metr məsafəyə sərbəst üsulla üzməkdə bürünc medalı boynundan asıb.
Namiq HUN