Mbappedən şad xəbər
"Real"ın hücumçusu Kilian Mbappenin durumu ilə bağlı son məlumatlar açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə komandanın Baş məşqçisi Xabi Alonso məlumat verib.
Bildirib ki, o, "Zalsburq"a qarşı oynaya biləcək.
Mütəxəssisin sözlərinə görə, Mbappe evə buraxılıb və Klublararası Dünya Çempionatının III turunda çıxış edə biləcək.
Xatırladaq ki, Kilian mədə-bağırsaq iltihabına görə xəstəxanaya yerləşdirilmişdi.