Mbappe “Barselona”ya qarşı finalda meydana çıxa bilər

İdman

09.01.2026 10:20

“Real Madrid” klubunun baş məşqçisi Xabi Alonso Kilian Mbappenin “Barselona”ya qarşı İspaniya Superkubokunun finalında iştirak edə biləcəyini bildirib. Mütəxəssisin sözlərinə görə, futbolçu özünü daha yaxşı hiss edir və komandadakı digər oyunçularla eyni şansa malikdir.

TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb. 

Xabi Alonso bildirib ki, Mbappe yanvarın 10-da Səudiyyə Ərəbistanında olacaq:

“Mbappe özünü xeyli yaxşı hiss edir, müsbət gözləntiləri var və onun oynamaq şansı digərləri ilə eynidir”, – deyə “Real”ın baş məşqçisi bildirib. 

Qeyd edək ki, cari mövsüm Mbappe “Real Madrid”in heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib. Fransalı forvardın “kral klubu” ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında Mbappenin bazar dəyəri 200 milyon avro qiymətləndirilir. 

“Real” və “Barselona” arasında İspaniya Superkubokunun final oyunu yanvarın 11-də keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Kilian Mbappe,Barselona,Final,Todaypress.tv,