Maskalı dönüş: Okonqvu sosial şəbəkələri silkələdi
“Atlanta Hoks” klubunun mərkəz oyunçusu Onyeka Okonqvu zədəyə görə buraxdığı dörd oyundan sonra ilk matçına çıxıb.
TodayPress TV xəbər verir ki, basketbolçu “Şarlott Hornets”ə qarşı görüşdə (119:126), yanvarın sonunda “Boston Seltiks”lə oyunda Ceylen Braunla təmasdan sonra aldığı ağız boşluğu zədəsinə görə qoruyucu maska ilə parketə çıxıb.

Klub sosial şəbəkələrdə oyunçunun görünüşünü “Qara cəngavər: Əfsanənin dirçəlişi” filmində Tom Hardinin canlandırdığı Beyn obrazı ilə müqayisə edərək vəziyyəti yumorla qarşılayıb.
“Qaranlığın sənin müttəfiqin olduğunu düşünürsən? Sən sadəcə ona qoşulmusan. Mən isə qaranlıqda doğulmuşam və onunla formalaşmışam”, - deyə “Atlanta”nın paylaşımında qeyd olunub.
Azarkeşlərin bir qismi isə Okonqvunu Entoni Hopkinsin canlandırdığı məşhur Hannibal Lektor obrazı ilə müqayisə edib.
Qeyd edək ki, Okonqvu 2024/2025 mövsümündə orta hesabla 16,3 xal, 7,9 ribaund və 3,3 assist toplayır. O, oyundan atışlarda 48,2%, üçxallı zərbələrdə isə 36,7% dəqiqlik nümayiş etdirir.
Namiq HUN