“Mançester Siti” Teyani Reyndersi heyətinə qatdı
Yarımmüdafiəçi Teyani Reynders “Milan” klubundan “Mançester Siti”yə keçib.
TodayPress TV xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, “Siti” Teyani Reynders ilə 5 illik müqavilə imzaladığını elan etməkdən məmnundur.
“26 yaşlı niderlandlı futbolçu son iki mövsüm “Milan”da top qovub. O, həm hücumda, həm də müdafiədə oynaya bilən enerjili oyunçudur. Reynders son mövsüm A Seriyasının ən yaxşı yarımmüdafiəçisi seçilib. Teyani 54 matçda 15 qol vurduqdan sonra bu mükafatı alıb”.
Namiq HUN