Lyublyanada medal ümidi: Qadın cüdoçularımız yarışa çıxır

Lyublyanada medal ümidi: Qadın cüdoçularımız yarışa çıxır
11.02.2026 15:34 İdman

Sloveniyada keçiriləcək Avropa Açıq Turnirində çıxış edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

TodayPress TV Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi 5 çəki dərəcəsində 7 qadın cüdoçu təmsil edəcək.

Heyətdə Şəfəq Həmidova (48 kq), Aydan Vəliyeva, Leyla Əliyeva və Könül Əliyeva (hamısı 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva (70 kq) və Mədinə Xaysinova (+78 kq) yer alıb.

Komandaya qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, fevralın 14–15-də təşkil olunacaq Lyublyana beynəlxalq turnirində 44 ölkədən 509 idmançı mükafatlar uğrunda mübarizə aparacaq.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Lyublyanada medal ümidi: Qadın cüdoçularımız yarışa çıxır — 1
Lyublyanada medal ümidi: Qadın cüdoçularımız yarışa çıxır — 2
Lyublyanada medal ümidi: Qadın cüdoçularımız yarışa çıxır — 3
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər