Luka Donçiç: “Los-Ancelesdə yalnız bir şey xoşuma gəlmir”
Sloveniyalı basketbolçu Luka Donçiç Los-Ancelesdəki həyat tərzi ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə Mind the Game podkastında danışıb:
“Bu, okeanı olan ilk şəhərdir ki, orada yaşayıram. Və bu məni çox sevindirir. Amma bir şey var ki, xoşuma gəlmir – bu da tıxaclar,” – deyə Donçiç bildirib.
Luka Donçiç bu ilin fevralında “Dallas Maveriks” klubundan “Los-Anceles Leykers”ə transfer olunub.
Xatırladaq ki, Kaliforniya təmsilçisi cari mövsüm Milli Basketbol Assosiasiyasının (NBA) pley-offunun ilk mərhələsində “Minnesota Timbervulvs”a uduzub. Donçiç seriyada orta hesabla 30,2 xal, 7 ribaund və 5,8 assistlə yadda qalıb.
Namiq HUN