“Liverpul” Florian Virtslə anlaşdı

“Liverpul” Florian Virtslə anlaşdı
11.06.2025 09:53 İdman

Almaniyalı hücumameyilli yarımmüdafiəçi Florian Virts “Bayer 04”dən “Liverpul”a keçir. 

TodayPress TV jurnalist Fabritsio Romanoya istinadən xəbər verir ki, futbolçunun transfer qiyməti 150 milyon avrodur. 

Mənbənin sözlərinə görə, 22 yaşlı futbolçunun transferi qaçılmazdır. Virts hazırda tibbi müayinədən keçməyə və müqavilə imzalamağa hazırlaşır.

Qeyd edək ki, son mövsüm Virts bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt internet portalı Florianın bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər