“Leypsiq”in hücumçusu üçün Amerika macərası başlayır
İdman
13.01.2026 11:47
“RB Leypsiq” klubunun hücumçusu Timo Verner karyerasını MLS-də davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano X sosial hesabında məlumat yayıb.
“Timo Verner - ‘San-Xose Ertkveyks’ klubundadır. Razılaşma baş tutdu! Alman hücumçu MLS-də yeni bir səhifə açmağa hazırdır. Verner “Leypsiq”i tərk edir və əldə olunan şifahi razılaşmadan sonra “San-Xose” ilə müqavilə imzalayacaq”, - deyə Romano yazıb.
Qeyd edək ki, cari mövsümdə Verner “Leypsiq”in heyətində üç oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb. O, daha əvvəl icarə əsasında “Tottenhem”də çıxış edib və Premyer Liqada keçirdiyi 18 oyunda da qol vura bilməyib.
“Transfermarkt” portalında futbolçunun bazar dəyəri 3 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Timo Verner,RB Leypsiq,MLS,Klub,Todaypress.tv,
