Lamin Yamal ÇL tarixinə düşdü

Lamin Yamal ÇL tarixinə düşdü
10.12.2025 10:43 İdman

“Barselona” klubunun hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqası (ÇL) tarixində 18 yaş və aşağı futbolçular arasında ən məhsuldar oyunçu adını qazanıb.

TodayPress TV xəbər verir ki, o, turnirin Liqa mərhələsinin VI turunda “Ayntraxt Frankfurt” a qarşı keçirilən oyunda (2:1) məhsuldar ötürmə edib.

Bu ötürmə onun ÇL-in cari mövsümündə göstərdiyi ümumi göstəriciləri daha da artırıb.

Qeyd edək ki, Lamin Yamal ÇL-də cari mövsüm 7 qol və 7 məhsuldar ötürmə edib. Bu nəticə ilə o, “Monako” və PSJ-də çıxış etdiyi dönəmdə 10 qol və 3 məhsuldar ötürməyə imza atan Kilian Mbappenin rekordunu yeniləyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər