Kuansa yeni komandada

Kuansa yeni komandada
22.06.2025 22:30 İdman

“Bayer” heyətini yeni oyunçu ilə gücləndirəcək.

TodayPress TV xəbər verir ki, klub “Liverpul”un mərkəz müdafiəçisi Carrell Kuansa ilə razılaşıb.

Almaniya təmsilçisi 22 yaşlı oyunçunun transferi üçün 30 milyon + 5 milyon funt sterlinq ödəyəcək.

Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq.

Bildirilir ki, "Liverpul" tərəfi razılaşmaya gerialma bəndini də əlavə edib.

Qeyd edək ki, Carrel Kuansa başa çatan mövsümdə “Liverpul”un heyətində 25 oyuna çıxıb. Onun klubla olan hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər