“Kruiffist” Flik: Laporta məşqçini yüksək qiymətləndirdi

İdman

09.02.2026 16:12

“Barselona”nın prezidenti Joan Laporta əsas komandanın baş məşqçisi Hans-Diter Flik haqqında fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, Laportanın sözlərini AS nəşri yayıb.

Laportanın sözlərinə görə, Flik komanda daxilində güclü sistem qurmağı bacarıb:

“O, inanılmaz komanda yaradıb. Biz bununla çox fəxr edirik. Flik komandaya intizam və peşəkarlıq gətirib, o, ‘kruiffist’dir - yəni Yohan Kruiffin futbol fəlsəfəsinin davamçısıdır. Klubun xüsusiyyətlərini anlayır, fitri qalibdir və çox tələbkardır. Flik ümumi hörmət və sevgi qazanıb”, - deyə Laporta bildirib. 

Qeyd edək ki, almaniyalı mütəxəssis 2024-cü ildə Kataloniya təmsilçisinin sükanı arxasına keçib. O, daha əvvəl Almaniya millisini və “Bavariya” klubunu çalışdırıb.

Namiq HUN

TodayPress TV

tag: “Barselona”,Joan Laporta,Hans-Diter Flik ,Futbol ,Todaypress.tv,