Klublararası DÇ: “Mançester Siti” yoluna davam edir

Klublararası DÇ: “Mançester Siti” yoluna davam edir
23.06.2025 10:14 İdman

“Mançester Siti” klubu vaxtından əvvəl klublararası dünya çempionatının pley-off mərhələsinə yüksəlib. 

TodayPress TV xəbər verir ki, Atlanta şəhərinin “Mersedes-Benz” stadionunda keçirilən G qrupunun ikinci turunda “şəhərlilər” Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunu 6:0 hesabı ilə məğlub edərək mərhələ adlayıblar.

İlkay Gündoğanın dubl etdiyi matçda, Klaudio Eçeverri, Erlinq Holand, Oskar Bobb və Rayan Şerki də Mançester təmsilçisinin qələbəsində pay sahibi olublar. 

Qələbə sayəsində “Siti” iki turdan sonra 6 xal toplayaraq “Yuventus”la birgə G qrupunun liderliyini bölüşür və vaxtından əvvəl 1/8 finala vəsiqə qazanıb. Hər iki komanda maksimum nəticə göstərib. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər