Kenan Yıldız "Yuventus"un ən yaxşısı seçildi

Kenan Yıldız "Yuventus"un ən yaxşısı seçildi
10.01.2026 00:34 İdman

"Yuventus" klubunda dekabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Turin təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

Səsvermə nəticəsində Türkiyə millisinin üzvü Kenan Yıldız ötən ayın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, gənc hücumçu "Yuventus"un heyətində iştirak etdiyi beş rəsmi oyunda iki qol və iki assistlə yadda qalıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər