Kapello Ronaldonu Messi və Maradonadan aşağı qiymətləndirdi
İdman
12.02.2026 11:16
İtaliya klubları və Rusiya milli komandasının sabiq baş məşqçisi Fabio Kapello “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo haqqında fikirlərini bölüşüb.
TodayPress TV “Touchline” nəşrinə istinadən xəbər verir ki, Kapello Ronaldonun böyük futbolçu olduğunu vurğulasa da, onu bəzi əfsanələrlə müqayisə etməyib:
“Kriştianu Ronaldo möhtəşəm bombardir və inanılmaz futbolçudur, amma onda heç vaxt Messi, Maradona və ya Ronaldo (Nazario) səviyyəsində dahilik görməmişəm”, - deyə təcrübəli mütəxəssis bildirib.
Hazırda 41 yaşı olan Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. O, cari mövsümdə klub səviyyəsində 22 oyuna çıxaraq 18 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Fabio Kapello,Kriştianu Ronaldo,Futbol,Klub,Todaypress.tv,
