İran millisi Trampın sözlərinə sərt cavab verdi

İdman

13.03.2026 11:00

Futbol üzrə İran milli komandası ABŞ prezidenti Donald Trampın onların dünya çempionatında iştirakının arzuolunmaz olması ilə bağlı fikirlərinə münasibət bildirib.

TodayPress TV yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatda dünya çempionatının beynəlxalq əhəmiyyətli turnir olduğu və onun hər hansı bir ölkə tərəfindən deyil, FIFA tərəfindən təşkil edildiyi vurğulanıb.

Bəyanatda qeyd olunub:

“İran milli komandası bu turnirə tam haqlı olaraq və ardıcıl qələbələr sayəsində vəsiqə qazanan ilk komandalardan biridir. Heç kim İran millisinin dünya çempionatında iştirakına mane ola bilməz. Əksinə, yalnız ev sahibi statusuna sahib olan, lakin turnirdə iştirak edən komandaların təhlükəsizliyini təmin etmək qabiliyyətinə malik olmayan ölkə yarışdan kənarlaşdırılmalıdır”.

Xatırladaq ki, daha əvvəl İranın idman naziri Əhməd Dünyamalı müharibə şəraitində İran millisinin dünya çempionatında iştirakının mümkün olmaya biləcəyini açıqlamışdı.

Namiq HUN

TodayPress TV

tag: İran,Milli komanda,Tramp,ABŞ,Todaypress.tv,