İran FIFA-dan ABŞ-dən DÇ-2026-nı almağı tələb etdi
İdman
14.03.2026 15:30
Əhmad Donyamali hesab edir ki, FIFA ABŞ-dən 2026-cı il dünya çempionatını keçirmək hüququnu geri almalıdır.
TodayPress TV xəbər verir ki, bu barədə SNN məlumat yayıb.
İranın idman naziri bildirib ki, hazırkı siyasi və hərbi gərginlik fonunda ABŞ-də keçiriləcək oyunlar İran millisinin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır.
“FIFA ABŞ-dən dünya çempionatını keçirmək hüququnu almalıdır. Əgər oyunlar Meksikada keçirilsəydi, müəyyən addımlar ata bilərdik. Dünya çempionatına iki-üç ay qalıb, lakin biz hələ də münaqişə vəziyyətindəyik və uçuşlar da daxil olmaqla bir çox məsələlər xüsusi şərtlərlə təşkil olunur.
ABŞ prezidentinin ziddiyyətli açıqlamalarını nəzərə alaraq, komandamızın təhlükəsizliyi ilə bağlı ciddi narahatıq. Əgər Meksika və FIFA matçlarımızın keçirilməsi üçün şərait yaratsa, bu məsələ ilə bağlı qərar qəbul edə bilərik”, – deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və Israil İran əleyhinə birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran ABŞ hərbi bazalarına və İsrail, həmçinin Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndəki obyektlərə zərbələr endirib.
Namiq HUN
tag: Əhmad Donyamali,FİFA,ABŞ,2026,Todaypress.tv,
