III MDB Oyunlarında 246 medal dəsti sahibini tapacaq

III MDB Oyunlarında 246 medal dəsti sahibini tapacaq
12.06.2025 12:52 İdman

III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.

TodayPress TV Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, oyunlarda ən çox medal dəsti üzgüçülük üzrə (40 dəst) olacaq. 

Komanda idman növləri olan futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyən olunacaq.

Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrinin iştirakı gözlənilir.

Yarışlar 12 idman məkanında keçiriləcək.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində təşkil olunacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər