III MDB Oyunları: Stend atıcılarımız bürünc medal qazandılar
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında stend atıcılığı üzrə yarışlara start verilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan atıcıları Cavid Həsənov və Cəmilə Paşayeva bürünc medal qazanıblar.
Qızıl medalı rusiyalı Ilya Kuşaqin və Yelizaveta Yevqrafova, gümüş medalı isə qazaxıstanlı Maksim Poşivalov və Lidiya Başarova əldə ediblər.
Qeyd edək ki, yarışlar oktyabrın 1-də yekunlaşacaq.