III MDB Oyunları: Batut gimnastları finala yüksəldilər

III MDB Oyunları: Batut gimnastları finala yüksəldilər
02.10.2025 17:09 İdman

III MDB Oyunlarının gimnastika yarışlarında sinxron proqramda finala yüksələn Azərbaycan idmançıları müəyyənləşib.

TodayPress TV xəbər verir ki, həlledici mərhələdə gimnastlar sinxron və qarışıq sinxron proqramda oyunların mükafatları uğrunda mübarizə aparacaqlar. 

Azərbaycan sinxron proqramda kişi gimnastlar arasında Maqsud Mahsudov və Hüseyn Abbasov, qadınlarda isə Şəfiqə Hümbətova və Selcan Mahsudova cütlüyü təmsil edəcək. 

Qarışıq sinxron proqramda mükaftlar uğrunda Selcan Mahsudova və Maqsud Mahsudov mübarizə aparacaq.

Qeyd edək ki, batut gimnastikası yarışlarına oktyabrın 3-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər