Həmilton: “Ferrari”nin 2025-ci ili unutması mənlik deyil”
“Ferrari” komandasının “Formula-1” üzrə yeddiqat dünya çempionu pilotu Lyuis Həmilton jurnalistlərin 2025-ci ilin mövsümünü unudub tam olaraq 2026-cı ilə fokuslanmaq barədə sualını cavablandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə GPblog saytı məlumat yayıb.
“Ferrari 2025-ci ili unutmalı və yalnız 2026-cı ilə köklənməlidirmi? Bu qərar mənlik deyil. Fikrimcə, biz artıq növbəti ilin bolidi üzərində işləyirik. Amma 100% hazırıqmı, bunu deyə bilmərəm,” – Həmilton deyib.
Hazırda Lyuis Həmilton “Formula-1”in pilotlar reytinqində 63 xalla altıncı yeri tutur. Onun komanda yoldaşı Şarl Lekler isə 79 xalla beşincidir.
Namiq HUN