Gimnastımız İspaniyada bürünc medal qazandı
Aerobika gimnastikası üzrə milli komandanın üzvü Arif Məmmədzadə İspaniyada keçirilən beynəlxalq turnirdə fəxri kürsüyə qalxıb.
TodayPress TV Gimnastika Federasiyasına istinadən xəbər verir ki, Cunit turnirində fərdi proqramda 14.050 xal toplayan Məmmədzadə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, 3 gün davam edən turnirdə fərdi, qrup, qarışıq cütlük, üçlük və aerodans proqramları üzrə çıxış edən digər yığma üzvləri mükafatçılar sırasında yer ala bilməyiblər.
Namiq HUN