NATO Rusiya və Belarus sərhədində 3 minlik qüvvəni hərəkətə gətirdi -VİDEO
NATO-nun Latviyada yerləşən Çoxmillətli Briqadası oktyabrın 26-da “Resolute Reforger 2026” adlı genişmiqyaslı hərbi təlimə başlayıb.
TodayPress TV xəbər verir ki, xarici KİV-in məlumatına görə, təlimdə təxminən 3 000 hərbçi və 1 000-ə yaxın hərbi texnika iştirak edir.
Qüvvələrin hərəkəti avtomobil yolları və dəmir yolları vasitəsilə həyata keçirilir. Aktiv mərhələnin noyabrın 2-dək davam edəcəyi, texnikanın təmizlənməsi və hərbi hissələrin bazalara qayıdışının isə noyabrın 4-8-də başa çatacağı bildirilir.
Təlimin əsas məqsədi briqadanın böyük məsafələrə sürətli yerdəyişmə, hərbi təchizat və koordinasiya imkanlarını yoxlamaqdır. Manevrlər Latviya milli qüvvələrinin iştirakı ilə ölkənin şərqində, Oqre, Yekabpils, Dauqavpils, Aluksne, Balvi və Rezekne istiqamətlərində keçirilir.
Qeyd edək ki, təlim əraziləri Rusiya və Belarus sərhədlərinə yaxın yerləşir. “Resolute Reforger 2026” NATO-nun Latviyadakı Çoxmillətli Briqadasının indiyədək keçirdiyi ən böyük qüvvə yerləşdirmə təlimi kimi təqdim olunur.
Jalə Rövşən