Tramp səbrinin tükəndiyini dedi - "Vəziyyətə əl atmalı olacağıq" - VİDEO

Tramp səbrinin tükəndiyini dedi - "Vəziyyətə əl atmalı olacağıq" - VİDEO
02.11.2026 17:15 Dünya

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlara davam etməsini şərh edərək, Vaşinqtonun hələlik Tehrana qarşı səbirli davrandığını bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bunu Miranda Devinin “Pod Force One” podcastında midterm-eve (seçki ərəfəsi) xüsusi müsahibəsində deyib. 

O, İranın müqavimət göstərməsini nəzərdə tutan “dözümlülük” ifadəsini başa düşmədiyini deyib:

“Dözümlülüyün nə demək olduğunu bilmirəm. Biz onlarla yaxşı davranmışıq, çünki onlar danışmaq istəyirlər. Amma daim danışırlar, danışırlar. Müəyyən məqamda buna əl atmalı olacağıq”.

Görünür,  İranla bağlı növbəti addımlarında ABŞ hərbi variantın  gündəmə gələ biləcəyinə işarə edir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
02 NOYABR 2026
Bütün Xəbərlər